
234
göndərdi. Lakin qısa bir zamandan sonra dövlətin asayiĢi səbəbindən və onun
(Ġsmayıl mirzənin) tərəfindən hökmdarın təbiətinə müvafiq olmayan qeyri-
mülayim hərəkətlərin baĢ verməsi üzündən [ġah Təhmasib] onu (Ġsmayıl mirzəni)
geri çağırıb, Qəhqəhə qalasına göndərdi və yenidən Ģahzadə (Sultan Məhəmməd
mirzə) həzrətləri həmin Ģərəfli mənsəbə təyin olunmaq iftixarına nail oldu. Məsum
bəy Səfəvi əmirlərdən və əsgərlərdən bir dəstə ilə Qazaq Təkəlünün fitnə-fəsadını
aradan qaldırmaq üçün göndərildikdən sonra, həmin əhvalat yazılarkən qələmə
alındığı kimi, [ġah Təhmasib tərəfindən] hökm verildi və bu əmrə əsasən, Ģahzadə
(Sultan Məhəmməd mirzə) həzrətləri sevimli oğlu Sultan Həsən mirzə ilə birlikdə
ali taxtın ətəklərinə gələrək, [Ģahla] görüĢdükdən və əhdü-peymanı təzələdikdən
sonra getməyə rüxsət aldı. ġahqulu sultan Yegan Ustaclu onun lələsi və
əmirülümərası təyin olundu.
Həmin əyyamda o həzrətin (Sultan Məhəmməd mirzənin) Heratda gözləri
zəifləməyə baĢladı. Lakin o, buna əhəmiyyət verməyib, müalicədən yayındı.
Məharətli cərrahlar və göz həkimləri («kəhhal»lar) müalicə aparmağın zəruriliyini
vurğulasalar da, o həzrət bu [müalicə] iĢinin çətinliyinə qatlaĢmadı. Get-gedə
gözlərinin zəifliyi qüvvətləndi və axırda gözləri tamam tutuldu. Eyni zamanda, o
həzrətlə lələsi ġahqulu sultan arasında müxtəlif cəhətlərdən mübahisə yarandı və
onlar bir-birlərinin bəd rəftarından Ģikayətlənməyə baĢladılar. Cənnətməkan Ģah öz
sevimli oğlunun Ģərəfli xatirinə qayğı əlaməti olaraq, o həzrəti darülmülk ġiraza
göndərib, onun əziz oğullarından Sultan Həsən mirzəni [Ģah] ordugahına gətizdirdi,
səltənət və səadət xanədanının göz bəbəyi olan yüksək dərəcəli misilsiz Ģahzadəni,
yəni Allahın kölgəsi olan əla-həzrət Ģahı isə möhtərəm atasının əvəzinə Xorasan
mülkünün səltənətinə təyin etdi. O həzrət (Sultan Məhəmməd mirzə) də hökmdarın
fərmanına uyğun olaraq, o səltənət bağçasının nübarını (Abbası) Heratda qoyub,
özü digər bəxtəvər övladları ilə birlikdə ġiraza yollanaraq, vaxtilə Müzəffərilər
sülaləsinin paytaxtı olmuĢ bu Ģəhərdə sərvərlik büsatı üzərinə qədəm qoydu. Orada
Vəli sultan Qalxançıoğlu Zülqədər onun lələsi və idari iĢlərinin icraçısı oldu və o
həzrət bir müddət həmin fərəh bəxĢ edən, könül oxĢayan Ģəhərdə qalıb, yaĢayıĢını
asudəliklə sürdürdü. Nəhayət, günahları bağıĢlanmıĢ ġah [Təhmasibin] vəfatından
sonra Ġsmayıl mirzənin hakimiyyəti əyyamında onun Ģərəfli əhvalında bir sarsıntı
meydana gəldi və o, qeybdən bir hadisənin baĢ verməsini gözlədi. Nəticədə,
qəzavü-qədərin zərurəti ilə Ġsmayıl mirzənin [ölüm] hadisəsi üz verdi və o həzrət
(Sultan Məhəmməd mirzə) anadangəlmə uğurlu bəxtinin köməyi ilə yüksək
hökmdarlıq mərtəbəsinə çatdı. Bu məsələ öz yeri gələndə təfərrüatı ilə qələmə
alınacaqdır.
O həzrət elə bir padĢah idi ki, [kimsəyə] qüssə və kədər bəxĢ etmək onun
xəyalından keçmirdi. Ədəb-ərkanlı davranmaq, bütün mülazimlərinə və qohum-
əqrəbalarına əl tutmaq və Ģəfqət göstərmək kimi qaydalara və dünyanın adət-
ənənələrinə lazımınca riayət edərdi. Səltənəti və padĢahlığı əyyamında dərya qədər
nəcib əli ilə ehsan paylamaqda idi. Müxtəlif tayfalardan olan insanlar onun verdiyi