
261
baĢladılar. Çünki onlar divan iĢlərinə vaqif deyildilər və ali üsul və qaydadan heç
nə bilmirdilər. Beləliklə, gerçəklikdən uzaq olan istəklərə düĢdülər. Onların get-
gedə baĢ qaldıran müxalif diləkləri əĢrəfin könlünün onlardan inciməsinə səbəb
oldu. Belə ki, onlar səltənət karxanasının iĢlərində əvəzləmə və dəyiĢikliklər etmək
istədilər. Məsələn, vəkil, vəzir, sədr və s. kimi vəzifələrə kimlərisə təyin etmək
arzusuna düĢdülər. Belə olduqda, onların hiyləgərliklərinin baĢlanğıcında onların
himayəçisi olan, lakin sonradan onların pis xüsusiyyətlərini görüb mövqeyini
dəyiĢən vəzir Qazı Cahan ağlabatan dəlillər əsasında tədricən onları o həzrətin (ġah
Təhmasibin) gözündə etibardan saldı və hökm olundu ki, onlar öz evlərində oturub,
bundan sonra çağırılmayınca ulu dərgaha gəlməsinlər. Lakin onlara verilmiĢ
soyurğallar
onlardan geri alınmadı. Bu hekayəti söyləməkdə məqsəd o həzrətin
bu yüksək hörmətli [seyidlər] təbəqəsina bəslədiyi gözəl etiqadın nə dərəcədə
olduğunu göstərməkdir.
Bu «vilayət» niĢanəli [Səfəvi] sülaləsində [qayda] bu cür idi ki seyidləri və
ruhaniləri
himayə etmək, onların iĢlərinə cavabdeh olmaq, vəqflərin idarə
olunması və Ģəriətin yayılması üçün vəsaitlərin xərclənməsi kimi öhdəliklər
daĢıyan sədarət (sədr) vəzifəsi yüksək dərəcəli və pəhrizkar seyidlərdən savayı,
digər bir kimsəyə tapĢırılmazdı. ġanı uca olan bu [seyidlər] təbəqəsinin
zümrəsindən iki nəfər cənnətməkan Ģah həzrətləri zamanında ali sədarət mənsəbinə
təyinat almıĢdı. [ġah Təhmasibin] hakimiyyətinin əvvəlində Əmir Qivaməddin
Hüseyn
Ġsfahani sədrlikdə Mir Cəmaləddin Astarabadiyə Ģərik edilmiĢ, bu
sonuncunun ölümündən sonra Əmir Qivaməddin Hüseynlə birlikdə Hillə
ruhanilərindən olan Mir Nemətulla Hilli Ģərikli sədrlik rütbəsinə layiq
görülmüĢdür. Əmir Qivaməddin Hüseynin ölümündən sonra Mir Nemətulla Hilli
ilə yanaĢı, «Əllamətül-üləmayi» («Alimlərin ustadı») ləqəbini daĢıyan Əmir
Qiyasəddin Mənsur ġirazi sədarət vəzifəsinə Ģərik edildi. Daha sonra Mir
Nemətulla «Xatəmül-müctəhidin» («Müctəhidlərin möhürü») ləqəbini daĢıyan
Soyurğal (monqol-tatar dilində ehsan, bəxĢiĢ, hədiyyə, güzəĢt deməkdir) - monqollar dövründə
meydana çıxmıĢ və irsən ötürülən feodal torpaq mülkiyyətidir. Meydana gəldiyi ilk dövrlərdə hərbi
əyanlara iri ərazilər Ģəklində soyurğal verilirdisə, Səfəvilər zamanında aparılan mərkəzləĢdirmə siyasəti
nəticəsində hərbi əyanlara irsi mülkiyyət olan soyurğal əvəzinə müvəqqəti mülkiyyət olan tiyulların
verilməsinə baĢlandı. Səfəvilərin hakimiyyəti dövründə soyurğalların həcmi xeyli kiçilmiĢdi. Artıq
bütöv vilayətlər deyil, kiçik ərazilər, ayrı-ayrı kəndlər soyurğal kimi verilirdi, həm də soyurğallar artıq
hərbçilərə deyil, əsasən din xadimlərinə, alimlərə və inzibati iĢçilərə bağıĢlanırdı (daha ətraflı bax:
И.П.Петрушевский. Очерки, с.145-183; О.А.Эфендиев. Институт «сойургал» и
централистическая политика правителей Аккоюнлу и первых Сефевидов // Формы феодальной
земельной собственности и владения на Ближнем и Среднем Востоке. Москва, 1979).
S-129, v.124a-da ruhanilər və din xadimləri mənalarını bildirən «ərbabi-əmaim» (hərfi tərcüməsi:
«əmmamə sahibləri») ifadəsi yer almıĢdır. Lakin Tehran çapında (s.144) «ərbabi-ğənaim» («qənimət
sahibləri») sözləri əksini tapmıĢdır ki, bu da aĢkar yanlıĢlıqdır.
S-129, v.124a; S-297, v.97b. Tehran çapında (s.144) Hüseyn əvəzinə Həsən yazılmıĢdır. Halbuki
digər mənbələrə əsasən bu Ģəxsin Hüseyn olduğu təsdiqlənir (A Chronicle of the Early Safawis, 1.1,
s.224).