
247
tərbiyəsinin və Ģəfqətinin kölgəsi altında böyümüĢdür. Mötəbər əmirlərdən birinin
oğlu olan Sədrəddin xan [hökmdarın] əmri ilə Ģahzadəyə xidmət göstərməyə
cavabdeh edilmiĢdi. ġah həzrətlərinin bu Ģahzadəyə böyük bir rəğbəti vardı. Eyni
zamanda, o da atasının razılığına müvafiq gələn davranıĢ nümayiĢ etdirirdi.
Ömrünün axırlarında bəzi dövlət iĢlərinin və səltənət məsələlərinin həllinə çox da
baĢ qoĢmayan [ġah Təhmasib] onları Ģahzadə [Sultan Heydər mirzəyə] tapĢırırdı.
[Sultan Heydər mirzə] atasının onu lap çox istəməsi baxımından digər
qardaĢlarına nisbətdə imtiyaza malik idi. Məhz o səbəbdən idi ki, Ģahzadələrin və
qızılbaĢ tayfalarının əmirlərinin nəzərində [Sultan Heydər mirzənin] qədir-
qiyməti günbəgün artırdı. Bütün bunlar ona gətirib çıxarmıĢdı ki, [Sultan Heydər
mirzə] o həzrətin (ġah Təhmasibin) zahiri hüsn-rəğbətinin təsirindən, özünün
cavanlıq qürurundan və nəfsani təxəyyüllərindən öz-özünə vəliəhd və padĢah
olacağını qərarlaĢdırmıĢdı. Əksər qoĢun baĢbilənləri, xüsusən də Ģeyxavənd və
ustaclu tayfaları, həmçinin gürcü təbəqəsi və qeyriləri onun səltənət baĢına
keçəcəyinə könül bağlayıb, cənnətməkan Ģahın ölümündən bir-iki il öncə baĢ
vermiĢ xəstəliyi vaxtı hövsələsizlik göstərərək, sufiliyə və ixlasa zidd olan bəzi pis
iĢlər törətmiĢdilər. Bu məsələ yuxarıda [ġah Təhmasibin] xəstəlik günlərinin
hadisələri daxilində ətraflı Ģəkildə qələmə alınmıĢdır. Bu hadisələr üzündən
Ģahzadəyə (Sultan Heydər mirzəyə) bir qədər xəcalət vurulmuĢ oldu. Buna
baxmayaraq, o həzrət (ġah Təhmasib) xəstəlikdən sağaldıqdan sonra heç bir tədbir
görməyərək, özünü bilməməzliyə vurdu. Buna görə də onun möhtərəm oğlu
[Sultan Heydər mirzəyə] münasibətdə iltifatsızlıq üz vermədi və o, əvvəlki
qaydada [Ģahın] hüsn-rəğbətinin nəzərləri altında yaĢadı. Nəhayət, o, bu cildin
sonrakı hissələrində gözəl yazan qələmlə ətraflı surətdə qeyd olunacağı kimi, adlı-
sanlı atasının qəmgin [vəfat] hadisəsindən bir gün sonra, 984-cü ilin səfər ayının
16-da (15.05.1576) Ģəhidlik dərəcəsi tapdı. Onun hakimiyyətinin fərmanı qəzavü-
qədər lövhəsində əksini tapmadığı və ömrünün gündəliyi sona çatdığı üçün baĢına
belə bir iĢ gəldi. Çox əməlisaleh, pəhrizkar, rəhimdil idi və insanlara münasibətdə
Ģəfqətli, mehriban və ədalətpərvər idi. Bir qızından savayı, baĢqa bir övladı yox idi.
O həzrətin (ġah Təhmasibin) dördüncü oğlu Sultan Süleyman mirzədir. O,
ġamxal sultan Çərkəzin hökmdarın pak zövcələri zümrəsinə daxil olan bacısından
təvəllüd tapmıĢdı və günahları bağıĢlanmıĢ atasının (Təhmasibin) vəfatı vaxtı
iyirmi bir yaĢında idi. CəmĢid məqamlı cənnətməkan Ģah həzrətləri onu tifillik
çağında müqəddəs və ulu MəĢhəd Ģəhərinə göndərdi, MəĢhəd hakimini Ģahzadənin
lələsi təyin etdi, Ģahzadəyə fəzilət və kamal öyrətmək üçün bir müəllim ayırdı,
həmçinin cinlərin və insanların imamı olan həzrətin (Ġmam Rzanın) məqbərəsinin
xadimbaĢılığı vəzifəsi ona həvalə olundu və o, bir müddət bu xidmətlə məĢğul
oldu. 978-ci ildə (05.06.1570 - 25.05.1571) ġahvəli sultan Tatıoğlu Zülqədər
müqəddəs MəĢhədin hakimi vəzifəsindən çıxarıldıqda Ģahzadə orduya (hökmdar
iqamətgahına) çağırıldı. O, ulu dərgaha gələrək, yüksək mövqeli atasının
hüzurunda əziz və möhtərəm oldu. Cənnətməkan Ģahın ölümündən sonra, iĢi-gücü