
279
əbədiyyətin seçilmiĢi ġeyx Zeynalabidinin - Allah rəhmət eləsin - söhbətində
keçirmiĢdi. Onlar hədislərin Ģərhində, rical elmində, ictihad məsələlərinin
təhsilində və ümumi bilik səviyyəsində bir-birlərinə tən gəlirdilər. Cənab ġeyx
[Zeynalabidin] Ģiə olduğu üçün rumilərin əlində Ģəhidlik dərəcəsinə çatdıqdan
sonra sözügedən Ģəxs (Əbdüs-səməd) doğma vətənindən ayrılıb, Əcəm tərəfə gəldi.
O, Ģahın behiĢt bəzəkli məclisinin iĢtirakçısı olmaq izzəti ilə əzizlənib, cürbəcür
mərhəmətlərə layiq görüldü. Zəmanə üləmalarının izni və razılığı ilə o, ali fəqihlik
və ictihad mərtəbəsinə yüksəldi. Millət üləmaları arasında cümə namazının
tərtibinin Ģərtləri barədə ixtilafların mövcud olduğu və uzun müddətdən bəri bu
mübahisənin həllinin tərk edilib boĢ buraxıldığı bir halda, o, bu məsələni gözəl bir
Ģəkildə hazırlayıb təqdim etdi və çoxsaylı möminlər kütləsi ona əməl elədi Axırda
ümumən Xorasan vilayətinin və xüsusən darüssəltənə [Heratın] Ģeyxülislamlıq
mənsəbi və orada Ģəriət hökmlərinin icrasına nəzarət etmək ona tapĢırıldı. Uzun
müddət həmin könül oxĢayan bölgədə parlaq Ģəriətə rəvac verdi və o xeyir-
bərəkətli torpaqlar üzərində qayda-qanunun təmin olunmasını həyata keçirib, dini
elmlərin tədris olunmasına, risalələrin və kitabların yazılmasına, müĢkül
məsələlərin həllinə və [elmi] anlaĢılmazlıqların və çətinliklərin aradan qaldırılması
ilə məĢğul oldu. Nəhayət, Beytül-həramı həcc etmək və insanların ən yaxĢısı olan
həzrətin (Məhəmməd peyeəmbərin) və ali məqamlı imamların - hamısına Allahın
salamı olsun - müqəddəs məzarlarını ziyarət eləmək səadətini dərk etmək Ģövqünə
bürünərək, o tərəflərə yollandı. O, orada qalıb, həmin yerin alimləri ilə vaxtını
keçirdi. Axırda əcəli gəlib çatdı və həyat evi kitabının büsatını bir tərəfə buraxıb,
gözünün nuru ilə axirət aləminin dəftərini mütaliə etməyə baĢladı (vəfat etdi).
Sözügedən Ģəxsin doğma xələfi (ġeyx Bəhaəddin Məhəmməd) elə bir Ģəxs
idi ki, cahan sarayının gülĢəni onun Ģərəfli vücudundan zinətlənib, dəyər
qazanmıĢdı. O, kiçik yaĢlarında möhtərəm anası ilə birlikdə Əcəm vilayətinə gəlib,
öz ata-babasının və əcdadlarının yolu ilə gedərək, böyük ciddi-cəhdlə elmləri
öyrənməyə və biliklərə yiyələnməklə məĢğul oldu. O, təfsir, hədis, ərəb
filologiyası, fiqh və s. bu kimi elmlərdə yüksək məqamlı atasından irsən ona
keçmiĢ qabiliyyət sayəsində kamal mərtəbəsinə çatdı. Kəlam elminin və bəzi əqli
elmlərin hikmətlərinə Mövlana Abdulla Müdərris Yəzdinin söhbətinin zövqü
sayəsində yiyələnmiĢ, riyazi fənləri Molla Əli Müzəhhəbin, [Ġmam Rzanın] feyz
bəxĢ edən məqbərəsində müdərris iĢləyən Mövlana Əfzəl Qaininin və o fənnin
bilicisi olan bəzi digərlərinin yanında öyrənmiĢ, təbabət elmini və tibbi qanunları
isə haqqında təbiblərin sadalanması vaxtı məlumat veriləcək olan «zəmanə
Büqratı»
adlanan Həkim Ġmadəddin Mahmud vasitəsilə mənimsəyib, ondan
kamal bəhrəsi qazanmıĢdı. Xülasə, o cənab qısa vaxt ərzində əqli və nəqli elmlərdə
böyük tərəqqi tapmıĢ, hər bir fənn sahəsində zəmanə fazillərinin öndəgedəninə
çevrilmiĢ və müxtəlif elm fənləri üzrə onun bilik dənizinin damcılarından süzülən
Büqrat - qədim Yunanıstanın məĢhur həkimi Hippokratın (e. ə. 460-377) müsəlman mənbələrində
adı.